Fev 15, 2022 11:31 Asia/Baku
  • Kəlbəcər rayonunda Azərbaycan ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkə ordusunun Kəlbəcər rayonundakı mövqelərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasından xəbər verib.

SəhərAzəri-nin Azərbaycan Respublikası Müdafiə Naizirliyinin rəsmi saytına istinadən verdiyi məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Məlumatda əlavə olaraq bildirilir ki, fevralın 15-i saat 01:40 radələrində də Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Respublikası ordusunun mövqeləri atəşə tutulub.

Məlumatda Azərbaycan ordusu tərəfindən adekvat cavab tədbirlərinin görüldüyü bildirilib.

Teqlər