Ramiz Mehdiyevin qohumu saxlanılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i385951-ramiz_mehdiyevin_qohumu_saxlanılıb
Daxili İşlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin katibliyinin rəhbəri Eldar Əmirovun saxlanması barədə məlumatı təsdiqləyib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 15, 2022 12:05 Asia/Baku
  •  Ramiz Mehdiyevin qohumu saxlanılıb

Daxili İşlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin katibliyinin rəhbəri Eldar Əmirovun saxlanması barədə məlumatı təsdiqləyib.

SəhərAzəri-nin məlumatına əsasən, çərşənbə axşamı Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Əmirov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanmanın səbəbləri açıqlanmasa da, Əmirovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanması, səbəblər barədə müəyyən təssəvürlər yaradır.

Eldar Əmirovun Ramiz Mehdiyevin yaxın qohumu olduğu deyilir.

Ramiz Mehdiyev mediyada ona qarşı son günlər gedən geniş miqyaslı hücumların ardından ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postundan istefa verdiyini bildirib.