Fev 16, 2022 12:33 Asia/Baku
  • Azərbaycan ilə İran arasında birbaşa uçuşlar bərpa edilir

Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İran İslam Respublikası ilə birbaşa uçuşların bərpa olunacağını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Əli Əlizadə "Twitter" səhifəsində etdiyi paylaşımda yazıb ki, bu ilin mart ayının əvvəlindən Azərbaycan ilə İran arasında birbaşa uçuşlar bərpa ediləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "Twitter" səhifəsində paylaşıb.

Daha 17 ölkədən Azərbaycana uçuşlara icazə verilib

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının baş naziri Əli Əsədov "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, fevralın 16-dan hava nəqliyyatı vasitəsilə Albaniya, Dominikan, Filippin, Gürcüstan, Hindistan, İndoneziya, İran, Kolumbiya, Moldova, Özbəkistan, Pakistan, Peru, Tacikistan, Tailand, Tunis, Türkmənistan, Venesuela vətəndaşlarına Azərbaycana giriş-çıxış üçün icazə verilib.

Teqlər