Fev 17, 2022 16:07 Asia/Baku
  • Korrupsiyadan zinhara gələnlər Heydər Əliyev prospektini bağladılar

Fevralın 17-də səhər dörd yük avtomobilinin sürücüləri Heydər Əliyev prospektini bağlayıblar, nəticədə Bakının ən böyük avtomobil magistralında tıxac yaranıb.

Yolu R-Qrup Karqo şirkətinin dörd yük maşını bağlayıb. Bununla onlar beynəlxalq daşımalar üçün yol vərəqələrinə etiraz ediblər.

Şirkətin nümayəndəsi Rəşad Borçalı Turan agentliyinə bildirib ki, aksiyanın səbəbi Dövlət Avtomobil Nəqliyyatı Xidməti məmurlarının korrupsiyasıdır. "20 manatlıq yol vərəqəsinə görə bizdən 300 manat tələb edirlər", - o deyib.

"R Qrup Kargo" ət məhsullarının daşınması ilə məşğuldur. Bu, tez xarab olan məhsuldur, ancaq yol vərəqələrinin verilməsinin yubadılmasına görə mal xarab olur və firma zərərə uğrayır.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabe olduğu Nəqliyyat və Rəqəmsal Texnologiyalar Nazirliyi isə bu ittihamları rədd edir.

Bundan əlavə, "R Qrup Kargo" şirkətinin rəhbərliyi şantaj və qanunsuz hərəkətlərdə ittiham olunur. Yolun bağlanması növbəti belə aksiyadır. Yol polisin həyata keçirdiyi tədbirlər nəticəsində açılıb.

Teqlər