Təbrizdə
AR səfiri Ş.Azərbaycan valisi ilə görüşüb-FOTO
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadənin Təbrizdə İranın Şərqi Azərbaycan vilayətinin icra başçısı Abdin Xürrəm ilə görüşündə müştərək iqtisadi komissiyanın gündəliyində olan mövzular araşdırılıb.
SəhərAzəri-nin məlumatına əsasən,görüşdə bildirilib ki, İran və Azərbaycan müştərək iqtisadi komissiyasının növbəti iclası 10-11 mart tarixində Bakıda keçiriləcək.
Görüş zamanı o da bildirilib ki, müştərək iqtisadi komissiyanın iclasında Xudafərin gömrük keçid məntəqəsinin açılması, yeni sərhəd körpüsünün tikilməsi və iki ölkə arasında əldə olunan digər razılıqlar haqqında danışıq aparılacaq.
Müştərək iqtisadi komissiyasının iclasında digər məsələlər o cümlədən işğaldan azad olmuş ərazilərdə texnologiya parklarının yaradılması, gömrük və vergi güzəştləri, özəl şirkətlərin xüsusi ilə İranın Şərqi Azərbaycan əyalətinin şirkətlərinin işğal olunmuş ərazilərdə iştirakı kimi məsələlərin müzakirəyə çıxarılacağına təkid edilib.
Ə. Əlizadə koronavirus pandemiyası məhdudiyyətlərin azalması ilə Bakı-Təbriz aviareysinin qısa müddətdə yenidən bərpa olunacağına ümidvar olduğunu bildirib.
Görüşdə S. Xorrəm İranın xarici siyasətində Azərbaycanın prioritet olduğunu bildirib və qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı iki tərəfli əlaqələrin çiçəklənməsinə zəmin yaradacaq.