Separatçılar Azərbaycan ordusunun mövqelərini atəşə tutublar
Azərbaycan Respublikası MN bu ölkə ordusunun Xankəndidəki separatçı rejimin hərbçiləri tərəfindən hədəfə alındığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazisindəki qondarma rejimin silahlı dəstəsinin üzvləri tərəfindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Qeyd edək ki, 44 günlük müharibədən sonra 10 noyabr üçtərəfli bəyanatda Qarabağ Rusiya sülhməramlılaırnın nəzarətinə verildi və qondarma dağlıq qarabağ respublikası isə olduğu kimi öz fəaliyyətini davam etdirməkdədir.
Rusiya Sülhməramlıları bu rejimlə yerli hakimiyyət kimi əməkdaşlıq edir.
Qondarma rejimin strukturları tamamiylə işlək vəziyyətdədir.