Azərbaycanlılar atəşə tutulub, üç nəfər ölüb
Fev 27, 2022 10:56 Asia/Baku
Odessa şəhərini tərk etmək istəyən azərbaycanlıların maşın karvanı atəşə tutulub.
SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gecə olub.
Məlumata görə, sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən azərbaycanlıların olduğu 8 avtomobildən ibarət maşın karvanı atəşə tutulub.
Maşın karvanının atəşə tutulması nəticəsində 3 Azərbaycan Respublikası vətəndaşı həlak olub.
Qeyd edək ki, Ukraynadakı azərbaycanlılar rəsmi Bakını vaxtlı-vaxtında azərbaycanlıların Ukraynadan təxliyə edilməsində səhlənkarlığa yol verməkdə ittiham edirlər.