Qarabağdakı separatçı rejim tərəfindən
Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkə ordusunun mövqelərinin Rusiyanın nəzarətində olan separatçıların fəaliyyət göstərdiyi ərazidən atəşə tutulduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan MN-nın rəsmi internet saytında yer alan məlumatda deyilir: Martın 5-i saat 00:40-dan 00:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Goranboy rayonunun Gülüstan yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Məlumatda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirlərinin görüldüyü deyilsə də konkret olaraq Azərbaycan ordusu mövqelərinin atəşə alındığı nöqtənin cavab atəşi ilə susdurulmuş olması deyilmir.
Qeyd edək ki, Xankəndidə Rusiya Sülhməramlılarının himayəsində fəaliyyət göstərən separatçı rejimin hərbçiləri vaxtaşırı olaraq Azərbaycan Respublikası ordusunun mövqelərini atəşə tuturlar, lakin belə nəzərə gəlir ki, Rusiya Sülhməramlılarının reaksiyasını nəzərə alaraq Azərbaycan ordusu atəş gələn nöqtələri hədəfə almaqdan çəkinir.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.