Mart 11, 2022 11:33 Asia/Baku
  • Separatçılar Azərbaycan ordusununun mövqelərini atəşə tutdular

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkə ordusunun mövqelərinin intensiv olaraq Rusiya Sülhməramlılarının yerləşdirildiyi ərazidən atəşə tutulduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Müdafiə Nazirliyinin rəsmi internet saytında bildirilir ki, martın 10-u saat 19:45-dən martın 11-i saat 08:35-dək Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən fasilələrlə atəşə məruz qalıb.

Məlumatda Rusiya Sülhməramlılarının yerləşdirildiyi Azərbaycan Respublikası ərasilərindəki separatçıların Azərbaycan ordusunun Füzuli, Xocavənd, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə atəşə tutduqları bildirilir.

MN-nın məlumatında separatçılarla eyni zamanda Ermənistan tərəfindən də Azərbaycan mövqelərinin hədəfə alındığı bildirilir.

“Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd, Aşağı Şorca, Əzizli yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini də atəşə tutub”,-deyə məlumatda bildirilir.

Məlumatda Adekvat cavab tədbirlərinin görüldüyü deyilir.

Bəzi müşahidəçilər bildirirlər ki, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın neytral mövqeyi Moskvanı bərk hiddətləndirib, sərgilədiyi mövqeyə görə Bakıya cəza kəsmək niyyətini gizlədə bilmir. Mart ayının əvvəllərindən artıq demək olar ki, hər gün Azərbaycan ərazilərində baş verən erməni təxribatları bunu deməyə əsas verir.

Teqlər