ABŞ Azərbaycana gözdağı verir
Erməni separatçılarına 2 milyon yardım
ABŞ Qarabağda Rusiyanın himayə etdiyi separatçılara 2 milyon dollar yardım ayırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Birləşmiş Ştatlar Ukraynada Rusiya ilə münaqişə şəraitində olsa da, Qarabağ ermənilərini unutmaq istəmir və o da Rusiya kimi separatçıların möhkəmlənməsində israrlıdır. Bu istiqamətdə ən yeni qərarı ilə separatçıların maliyyə ehtiyacını təmin etməkdə davam edir.
Azərbaycanlı ekspert Asif Nərimanlı bu barədə bildirib ki, Donbasda, Dnestryanıda, Abxaziyada və dünyanın müxtəlif qaynar nöqtələrində üz-üzə gələn Rusiya və ABŞ “Qarabağ və ermənilər məsələsi”ndə ortaq mövqedən çıxış edirlər.
Onun sözlərinə görə, bu, nəticə çıxarılmalı məsələdir: “postsovet məkanında Vaşinqton və Moskvanın üz-üzə gəldiyi digər münaqişələrdən fərqli olaraq, ortaq mövqedən çıxış etdikləri Qarabağ məsələsi böyük ölçüdə həll edilən yeganə münaqişədir”.