Mart 18, 2022 09:43 Asia/Baku
  • Bakı ilə yanaşı rayonlarda İmam Mehdinin (əc) viladəti qeyd olunur

Azərbaycan Respublikasının məscidlərində Həzrət İmam Mehdinin (əc) mövlud mərasimi keçirilib  

SəhərAzəri-nin məlumatına əsasən, ötən gecə Azərbaycanda məscidlər 12-ci İmamımız Həzrət İmam Mehdinin (əc) mövlud mərasimlərinin şahidi olub. Mərasimlər bu gündə də davam edəcək.

Hicri-qəməri təqvimi ilə şaban ayının 15-i onikinci İmam həzrət Mehdi Sahibəz-Zamanın (ə) mövlud günüdür.

Bir çox müsəlman və qeyri-müsəlman ölkələrində olduğu kimi Azərbaycan məscidləri və digər dini məkanlarında da o Həzrətin mövlud günü münasibətilə mərasimlər və tədbirlər keçirilir.

Bu mərasimlərdə İmamın şəninə xütələr və ilahilər oxunur və möminlərə ehsanlar verilir.

Teqlər