Azərbaycana qarşı sərt təhqir və təhdidə Kreml münasibət bildirdi
Kreml Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycanı təhqir etməsi və hədələməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
SəhərAzəri-nin məlumatına əsasən,Rusiya Prezidentinin sözçüsü, Kremlin mətbuat katibi Dmitri Peskov M.Delyaginin açıqlamasının rəsmi Moskvanın siyasi xəttinə uyğun olmadığını vurğulayıb.
“Bu açıqlama şəxsi emosiyalar müstəvisində edilib. Biz bu emosiyaları cilovlamağa və xüsusilə tərəfdaşlarımıza münasibətdə bu cür ifadələrdən çəkinməyə çağırırıq. Azərbaycan bizim üçün tərəfdaş dövlətlər kateqoriyasına daxildir”, - deyə D.Peskov vurğulayıb.
Bu gün Rusiya Xarici İşlər Nazirliyi də Delyaqinin Azərbaycan bağlı açıqlamalarının Moskvanın mövqeyinə uyğun olmadığını bildirib.
Qeyd edək ki, Ötən gün Rusiynın “Rossiya 1” dövlət telekanalında yayımlanan “60 dəqiqə” verilişində Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyaqin Azərbaycan Respublikasına qarşı çox sərt fikirlər səsləndirib.
O, Azərbaycanı “proksi-dövlət” adlandırıb və Azərbaycanın neft sənayesini vurmağı təklif edib.
“Azərbaycanlılar həqiqətən atəşkəsi pozub. Bizimkilər bildirdilər ki, Azərbaycan tutduğu mövqelərdən geri çəkilib. Lakin Azərbaycan rəsmən elan etdi ki, heç yerə çəkilməyiblər. Baxın, ABŞ-ın sattelitləri, indiki halda Türkiyə tərəfindən həyata keçirilən aqressiya və “Türkiyənin proksisi”, hansı ki, biz dövlət adlandırırıq (Azərbaycanı nəzərdə tutur - red.) bu gün real təhlükədir. Əgər biz buna görə Azərbaycanı birmənalı şəkildə sərt cəzalandırmasaq... Bizə Azərbaycanın neft-qaz sənayesi niyə lazımdır? Lazım deyil. Əgər insanlar söz başa düşmürsə, onda konkret əməllə başa salmaq lazımdır.