Mart 30, 2022 11:24 Asia/Baku
  • Bölgədə gərginliyin azaldılması vacibdir

Birləşmiş Millətlər Təşkilatı Qarabağda gərginliyin azaldılmasına çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bu haqda deyib: "Qarabağda gərginliyin artması ilə bağlı xəbərlər narahatlıq doğurur, BMT üçtərəfli formatda, eləcə də ATƏT-in Minsk Qrupu tərəfindən gərginliyin azaldılması səylərini alqışlayır."

O əlavə edib ki, BMT bütün tərəfləri vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hər hansı hərəkət və bəyanatlardan çəkinməyə, eləcə də bütün məsələləri birbaşa dialoq yolu ilə həll etməyə çağırır.

Xatırladaq ki, son bir neçə gün ərzində Azərbaycan Respublikası qüvvələrinin rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdə irəliləməsi Qarabağ bölgəsində gərginliyə səbəb olub.

Rusiya Müdafiə Nazirliyi üçtərəfli sazişin Azərbaycan Respublikası tərəfindən pozulmasını əsas gətirərək yaydığı bəyanatda Azərbaycan ordusunun Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə hücum üçün zirehli texnika və pilotsuz uçuş aparatlarından istifadə etdiyini bildirib.

Bununla əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə cavab bəyanatı yayıb.

Bəyanatda deyilir: "Azərbaycan Respublikası Müdafiə Nazirliyi təəssüflə bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyildir. Azərbaycan Ordusunun ölkənin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib. Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir."

Hazırda bölgədə yeni situasiyanın yaranması ilə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi məlum deyil. Çünki Rusiya Müdafiə Nazirliyi Azərbaycanın geri çəkildiyini bildirməsi Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması ilə ziddiyyət təşkil edir. Rusiyanın Qarabağla bağlı planları və davranışı Azərbaycan tərəfinin hərəkətə keçməsində təsirsiz deyil. Lakin bu məsələdə təkcə Rusiya deyil, ABŞ və Fransa da ermənilərin tərəfindədirlər.

Teqlər