BDU müəllimindən Səhər Kanalına açıqlama
Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq - EKSKLÜZİV
Bakı Dövlət Universitetinin dosenti Azərbaycan Respublikasının Rusiyaya qarşı sanksiyalarda iştirak etməyəcəyini vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər doktoru Sabir Məmmədli Səhər Kanalı üçün yazdığı şərhdə bildirir: "Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq. Burada həm ikitərəfli münasibətlər öz təsirini göstərir, həm də Yuxarı Qarabağda Rusiyanın sülhməramlılarının mövcudluğu. Odur ki, indiki vəziyyətdə Azərbaycan sanksiyalara böyük ehtimalla qoşulmayacaq. Hazırkı durum edəlidir ki, Qərb ölkələri də Azərbaycanın bu mövqeyinə anlaşıqlı yanaşırlar."
Sabir Məmmədli onu da qeyd edib ki, Azərbaycan Ukraynaya müxtəlif sahələrdə dəstək verir, əsasən də neft məhsulları ilə təhcizat məsələsində və humanitar sahələrdə. Məsələn, Azərbaycan rəhbərliyi «Sokar»a göstəriş verib ki, Ukraynada mövcud olan yanacaqdoldurma stansiyalarında tibbi yardım göstərilsin və Fövqəladə Hallar Nazirliyinin nəqliyyat vasitələri ödənişsiz xidmət etsinlər. Bundan əlavə Azərbaycandan Ukraynaya dəfələrlə humanitar yardım göndərilib. Yaz əkin dövründə də Azərbaycan Ukraynaya yanacaq baxımından yardım göstərəcək.