Azərbaycan Respublikasının sionist rejimin turistləri üçün yaratdığı şərait
Azərbaycan Respublikası israilli turistlərin Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazilərinə səyahəti üçün xüsusi şərait yaradır.
SəhərAzəri-nin məlumatına əsasən, Azərtac-ın məlumatına görə, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tezliklə israilli turistlərin Qarabağın işğaldan azad olunmuş ərazilərinə səfər edə biləcəklərini bildirib.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyindən verilən məlumata görə, respublikanın şimalındakı Quba rayonunda yerləşən Qırmızı qəsəbədə dağ yəhudilərinin sıx yaşadığı ərazidə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi istiqamətində işlər görülüb.
Fuad Ağayev bundan əvvəl demişdi ki, Azərbaycan xalqı ilə yəhudilərin ortaq dəyərləri vardır.
Bu elə bir haldadır ki, sionist rejimin turizm naziri Yoel Razvozov bildirib ki, Təl-Əvivdə Azərbaycan Respublikasının rəsmi ticarət və turizm nümayəndəliyinin açılması Azərbaycanla İsrail rejimi arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, turizm əlaqələrinin genişlənməsinə xidmət edəcək.