Apr 09, 2022 11:02 Asia/Baku
  • Azərbaycan xalqı İsrailə rəğbət bəsləyirmi? - ŞƏRH

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev qondarma İsrail rejiminin başçısına məktub göndərib.

SəhərAzəri-nin məlumatına əsasən, məktubda deyilir: "Ötən 30 ildə siyasi, iqtisadi, hərbi-texniki, səhiyyə, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf etmiş, dostluq əlaqələrimiz daha da möhkəmlənmişdir. Bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı və əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, bir-birinə böyük rəğbət bəsləyən xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ənənəvi dostluq əlaqələrimizin, səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail ola bilərik."

Bu məktub İsrail prezidentinin məktubuna cavab olaraq onun ünvanına yazılıb. İshaq Hersoq İlham Əliyevə xitabən bildirib ki, Azərbaycanın İsraildə səfirliyinin açılmasını arzulayır və bu, iki tərəf arasında sıx, strateji əlaqələrin qurulmasına yol açacaqdır.

Qeyd edək ki, sionistlərin Azərbaycan Respublikasına xərçəngvari nüfuzu, onu İslam Dünyasından ayırmaq cəhdləri, öz kəşfiyyat və casusluq şəbəkəsini qurmağa çalışması, eyni ilə də Peqsus casus proqramı vasitəsilə Azərbaycan vətəndaşları və jurnalistlərin telefon danışıqlarını dinləməsi ölkə əhalisində sionist İsrailə olan dərin nifrətin əsas amilləri sırasındadır. Onlar həmçinin fitnəkar rejimin Azərbaycan Respublikası ərazisindən İran İslam Respublikasına qarşı təxribatlarında bir poliqon və plasdarm kimi istifadə edə biləcəyindən narahatdırlar. Bu istiqamətdə İsrail rejiminin İran sərhədlərində yaxın ərazidə, o cümlədən də işğaldan azad edilmiş rayonlarda bərpa işlərində iştirak adı altında qonşu ölkəyə qarşı ziyanlı fəaliyyətlərlə məşğul olduğunu və bunun Azərbaycana başağrısı gətirə biləcəyini istisna etmirlər. Ona görə də dövlət başçısının Azərbaycan xalqında İsrailə hansı rəğbətin olduğunu bildirməsi məlum deyil. 

Sionistlərə gəlincə, onlar adətən riyakar davranışları və Azərbaycanı dünyada birnömrəli tolerant ölkə adlandırmaqla bu müsəlman ölkəsində siyasi, iqtisadi, hərbi və təhlükəsizlik maraqlarını təmin etməyə çalışırlar. 

 

 

 

Teqlər