ABŞ Azərbaycanda insan haqlarının pozulduğunu deyir
https://azeri.sahartv.ir/news/azərbaycan-i387967-abŞ_azərbaycanda_insan_haqlarının_pozulduğunu_deyir
ABŞ Dövlət Departamentinin çərşənbə axşamı yaydığı hesabatda Azərbaycan Respublikası iqtidarını insan haqlarını kobud şəkildə pozmaqda ittiham edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 13, 2022 09:49 Asia/Baku
  • ABŞ Azərbaycanda insan haqlarının pozulduğunu deyir

ABŞ Dövlət Departamentinin çərşənbə axşamı yaydığı hesabatda Azərbaycan Respublikası iqtidarını insan haqlarını kobud şəkildə pozmaqda ittiham edib.

SəhərAzəri-nin Turan-a istinadla verdiyi məlumatına əsasən, ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycanda həbsxanalarda sərt, bəzən isə həyat üçün təhlükəli saxlanma şəraitlərinə; özbaşına həbslərə; siyasi məhbuslara diqqət çəkib.

 Azərbaycanda mühüm insan hüquqları pozuntularını - güc qurumlarının əməkdaşları tərəfindən qanunsuz və özbaşına qətllərdən, işgəncələrdən, ləyaqəti alçaldan davranışdan ölkə hüdudlarından kənarda insanlara qarşı siyasi motivli repressiyalara qədər pozuntuları əks etdirir bu barədə Turan-ın Vaşinqton müxbiri xəbər verib.

2021-ci ili nəzərdə tutan hesabatda söz azadlığı və KİV sahəsində ciddi məhdudiyyətlər, o cümlədən jurnalistlərə qarşı zorakılığı, böhtanın kriminallaşdırılması, həmçinin jurnalistlərin şübhəli ittihamlarla təzyiqə məruz qalması və azadlıqdan məhrum edilməsi; internet azadlığında ciddi məhdudiyyətlər, o cümlədən veb-saytların bloklanması; dinc toplaşma hüququnun faktiki olaraq qadağan edilməsi və assosisasiya azadlığına ciddi müdaxilə; yerdəyişmə azadlığına məhdudiyyətlər əksini tapıb.

ABŞ Dövət Departamentinin hesabatının Azərbaycan Respublikası ilə bağlı hissəsində əksini tapan digər pozuntular siyasi həyatda iştirakla bağlı ciddi məhdudiyyətlərdən; hökumətdə sistemli korrupsiyadan; cinsi meylə görə polisin insanlara qarşı amansızlığından; işçilərin birləşmək azadlığının ciddi şəkildə məhdudlaşdırılmasından və uşaq əməyinin ən pis formalarının mövcudluğundan ibarətdir.