May 06, 2022 10:23 Asia/Baku
  • Təl-Əviv Azərbaycanla Rusiya arasında qarşıdurma yaradır

İsrail rejimi Azərbaycan Respublikasının Qarabağ müharibəsində istifadə etdiyi silahları Ukraynaya da verə bilər.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qalmaqallı antisemit açıqlamalarından sonra İsrail nəhayət Ukraynaya silah tədarük etməyə başlaya bilər. Təbii ki, bunu üçüncü ölkə vasitəsilə də həyata keçirmək mümkündür.

Bu barədə Ukrayna prezidenti aparat rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

Ukrayna rəsmisi qeyd edib: “Biz bunu Qarabağ müharibəsində də gördük. Həmin silahları Azərbaycan tətbiq elədi. Məsələn, Harop kamikadze-dronları, tank əleyhinə uzaqvuran və operatora trayektoriyanı, habelə hədəfi dəyişdirmək imkanı verən “Spike” sistemlərinin adını çəkə bilərik”.

Xatırladaq ki, Lavrov Mediasat TV-yə müsahibəsində “Hitlerdə yəhudi qanı var və ən qızğın antisemitlər yəhudilər olur” deyib, bunun ardınca Rusiya ilə İsrail arasında qalmaqal yaşanıb. 

Hazırda israilli hərbçilərin Ukraynada Azov batalyonlarının tərkibində döyüşdüyünü nəzərə alsaq, sionistlər ABŞ-ın təbii müttəfiqi olduğuna xatir mütləq Vaşinqtonun maraqları istiqamətində addımlaması təbii görünür, onun avantürist hərəkətlərində Azərbaycandan sui-istifadə etməsi isə Moskva-Bakı əlaqələrində mürəkkəb vəziyyət yarada bilər. 

Bəzi şərhçilər istisna etmirlər ki, son zamanlar rəsmi Bakının Qarabağ məsələsi ilə əlaqədar öz ritorikasının dəyişərək Rusiyanı ittiham etməsində sionistlərin izini tapmaq çətin deyil; əsas məqsəd isə Rusiyanı hər tərəfdən təcrid etməkdir. 

Məsələnin məğzində bu amil və tılqin dayanır ki, Rusiya müharibəni uduzacaq və Azərbaycan öz taleyini ona bağlamamalıdır. Lakin qələbə çalan Rusiya olarsa, bu zaman "dost olmayan ölkələrə" qarşı sərt addım atılacaq. 

Ukrayna münaqişəsində Azərbaycan hələlik bitərəf mövqedən çıxış edir, ancaq önun bu mövqeyi Qərb dövlətlərinin o cümlədən ABŞ-ı qane etmir. Bu səbəbdən Azərbaycanın Ukrayna məsələsində birbaşa Qərb düşərgəsinə sürüklənməsi ölkə üçün təhlükəli vəziyyət yarada bilər. İsrail rejimi ola bilsin ki, bu missiya ilə məşğuldur.  

Teqlər