May 17, 2022 08:58 Asia/Baku
  • Təbii qazın Azərbaycana ixracı üçün lazımi tədbirlər görülür

İran Milli Qaz Şirkətinin sədri b'yan edib ki, bu ölkə təbii qazın Azərbaycana ixracı üçün lazımi tədbirlər görəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Məcid Çegini qeyd edib ki, İran digər ölkələrlə qaz ticarətinin bərpası üçün lazımi səyləri göstərəcək, qazın qonşu ölkələrə, o cümlədən Türkiyə, İraqa da ixracı üçün lazımi tədbirlər görəcək.

Onun sözlərinə görə, Türkiyə və İraqa qaz ixracına dair müqavilənin uzadılması üçün danışıqlar aparılır, hər iki ölkə qaz ixracının artırılmasını tələb edir.

Çegini vurğulayıb ki, Türkiyə və İraq İrandan qaz idxalını artırmağı xahiş edir. Türkiyə ilə danışıqlar aparılır, onlar müqavilənin uzadılmasında maraqlıdırlar və İrandan qaz idxalı imkanlarının artırılmasını tələb edirlər.

Çegini həmçinin bildirib ki, bu məsələ müzakirə olunur, işçi qrup yaradılıb və o, potensialını artıraraq, müqavilənin müddətinin uzadılmasına da çalışacaq. İraqın ixrac müqaviləsi gələn il başa çatır, baxmayaraq ki, onlar uzadılmasını tələb ediblər.

Teqlər