May 18, 2022 12:35 Asia/Baku
  • Kəlbəcərdə Azərbaycan ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkə ordusunun Kəlbəcər rayonundakı mövqelərinin intensiv atəşə tutulduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,MN-nin bildirdiyinə görə, mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub.
Məlumatda Ermənistan silahlı qüvvələrinin müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə etdiyi bildirilir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mayın 17-i axşam saatlarında da Ermənistan silahlı qüvvələrinin bölmələrinin Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində Azərbaycan Respublikası ordusunun mövqelərini atəşə tutduğunu bildirmişdi.

Teqlər