İİR və AR parlament rəsmiləri görüşüblər +VİDEO
İran İslam Şurası Məclisinin sədr müavini Əli Nikzad EKO-ya üzv ölkələrin parlament başçılarının sammitinin sonunda Azərbaycan Respublikası parlamentinin sədri Sahibə Qafarova ilə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, Görüşdə İran parlament heyətinin Azərbaycan Respublikasına səfərindən məmnunluq ifadə edən Sahibə Qafarova qeyd edib ki, Bakı iki və çoxtərəfli formalarda Tehranla əlaqələri genişləndirməyə maraqlıdır.
Özünün ötən il İrana olmuş səfərinə toxunan Qafarova qeyd edib ki, iki qonşu ölkə yaxşı dostluq əlaqələrinə malikdir.
Azərbaycan Respublikası Milli Məclisinin sədri İranla parlamentlərarası əlaqələr haqda isə deyib: Bizim parlamentlərimiz ikitərəfli əlaqələrin inkişafında mühüm rola malikdirlər.
Dost və qardaş ölkəyə səfərdən məmnunluq ifadə edən Əli Nikzad da İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının üçüncü ümumi konfransının Azərbaycan Respublikasında keçirilməsinə görə təşəkkür edib.