May 24, 2022 15:12 Asia/Baku
  • Diplomsuz din xadimləri məscidlərdən uzaqlaşdırılır!

Azərbaycan Respublikasında fəaliyyət göstərən məscidlər və ibadət yerlərinə nəzarət gücləndirilir. Din xadimi kimi fəaliyyət göstərmək istəyənlərdən dini ali və orta təhsili olmaları tələb ediləcək.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə dünyəviçi sistemə tabe olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

Komitə rəsmisi qeyd edib ki, din xadimi işləmək üçün xüsusi tələblər müəyyənləşdirilib: “Din xadimlərini təyin etmək üçün müsahibə və attestasiya komissiyaları yaradılıb, tələb edilən müvafiq sənədlər açıqlanıb”.

Bundan əvvəl bildirilmişdi ki, Azərbaycan Respublikası məscidlərinə yalnız türk dini sistemi əsasında fəaliyyət göstərən və multikulturalizm prinsiplərinin təsiri altında olan Bakı İlahiyyat İnstitutunu bitirmiş şəxslər arasından imam seçiləcək.

Azərbaycan hökuməti bu yolla şiə seminariyalarını bitirmiş bütün savadlı din xadimlərini ali təhsili olmayan şəxslər kimi xarakterizə edərək onları məscidlərindən xaric etmək qərarına gəlib.

Ölkə rəsmiləri və mətbuatı respublikada yaradılmış eklektik İslamı “İslamın Azərbaycan modeli” adlandırırlar.

Qeyd edək ki, bundan əvvəl məscid və ziyarətgahlarda din xadimlərini vəzifələrə təyin etmək səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsinə məxsus idi. Lakin qanunvericilikdə son dəyişikliklər çərçivəsində bu səlahiyyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilib.

Teqlər