May 27, 2022 13:11 Asia/Baku
  •  Azərbaycan torpağında Azərbaycana qarşı mitinq keçiriləcək

Azərbaycan Respublikasının Rusiyanın nəzarətində olan ərazilərində separatçıların mitinqə hazırlaşdıqları deyilir. Xocavənd rayon mərkəzindəki mitinqin saat 12:00-dan Monte Melkonyanın heykəlinin qarşısından başlanacağı planlaşdırılıb.

SəhərAzəri-nin Moderator.az-a istinadən verdiyi məlumata görə, artıq 1 il  6 aydan çoxdur ki, Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının nəzarətində olan Xankəndi və Xocalı şəhərlərində mayın 28-də “Zartnir, Lao!” tipli anti-Azərbaycan və anti-türk çağırışlarıyla mitinq və yürüşlər keçirilməsi planlaşdırılır.

“Zartnir, Lao!” -1890-cı illərdə yazılmış məşhur erməni mahnısıdır. Mahnıda türklərə qarşı mübarizəyə çağırış edilir.

Azərbaycanda Respublika gününün qeyd olunacağı bir gündə Qarabağda separatçı ermənilərin keçirəcəyi mitinqdə Ermənistandakı “müqavimət hərəkatı”na dəstək nümayiş etdiriləcəyi bildirilir...

Sosial şəbəkələrdə yayılmış anonslardan da bəlli olur ki, Xocavənd rayon mərkəzindəki mitinqin saat 12:00-dan Monte Melkonyanın heykəlinin qarşısından başlanacağı planlaşdırılıb.

Xatırladaq ki, Xocavəndin mərkəzində 2021-ci ildə Qaregin Njdeyə də abidə qoyulub və Azərbaycan tərəfinin tələblərinə rəğmən Rusiya sülhməramlılarının komandanı həmin abidənin sökülməsini təmin etməyib.

Teqlər