May 29, 2022 09:50 Asia/Baku
  • Ermənistanın beynəlxalq hüquqa tez-tez istinad etməsi maraq doğurur

Azərbaycan Respublikasının XİN Ermənistanın prezident Əliyevin fikirləri ilə bağlı açıqlamasına reaksiya verib.

SəhərAzəri-nin məlumatına əsasən, bəyanatda Azərbaycan dövlət başçısının mayın 27-də Zəngilan rayonunda səsləndirdiyi çıxışı barədə deyilir: "Azərbaycan dövlət başçısı məhz beynəlxalq hüquq prinsiplərinə uyğun olmayan davranışdan çəkinməyə çağırır və belə bir hüquqa zidd davranışın doğura biləcəyi təhlükələrlə bağlı xəbərdarlıq edir.

XİN-dən bildirilib ki, Ermənistan tərəfinin növbəti əsassız açıqlama ilə çıxış etməsi təəssüf doğurur. 30 ilə yaxın beynəlxalq hüququn fundamental prinsiplərini tapdalayan, işğalçı siyasət yürüdən, bir milyona yaxın azərbaycanlının insan hüquqlarını kobudcasına pozan Ermənistanın son zamanlar, sözdə beynəlxalq hüquqa tez-tez istinadlar etməsi maraq doğurur. 

Azərbaycan Respublikası prezidentinin işğaldan azad edilmiş Zəngilan rayonunda səsləndirdiyi fikirlərə gəldikdə isə Ermənistan XİN-in diqqətinə çatdırılıb ki, Azərbaycan dövlət başçısı məhz beynəlxalq hüquq prinsiplərinə uyğun olmayan davranışdan çəkinməyə çağırır və belə bir hüquqa zidd davranışın doğura biləcəyi təhlükələrlə bağlı xəbərdarlıq edir.

Xatırladaq ki, İlham Əliyev Zəngilanda ictimaiyyət nümayəndələri qarşısında etdiyi çıxışında demişdi: "Biz Dağlıq Qarabağ münaqişəsini həll etmişik. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Qaldı ki, Dağlıq Qarabağ inzibati ərazisinə, bu ərazi Azərbaycan ərazisində yoxdur. Ona görə beynəlxalq qurumların leksikonunda Dağlıq Qarabağ sözü yoxdur və son Brüssel görüşü bunu bir daha göstərdi. Düzdür, Ermənistanda indi bu məsələ ilə bağlı yenə də hay-haray qaldırıblar  amma bu reallıqla barışmağa məcburdurlar", deyə prezident bildirib. 

Ermənistan Xarici İşlər Nazirliyi İlham Əliyevin sözlərinə cavab olaraq bildirib: "Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlar hər iki tərəfin təklifləri əsasında aparılmalıdır və bütün məsələlər gündəliyə daxil edilməlidir. o cümlədən Dağlıq Qarabağ münaqişəsinin yekun həlli. Söhbət Qarabağ ermənilərinin hüquqlarının həyata keçirilməsindən və etnik təmizləmə təhlükəsinin istisna edilməsindən gedirsə, Azərbaycan tərəfi öz fərziyyələri ilə Dağlıq Qarabağ məsələsini ərazi mübahisəsi kimi təqdim etməyə çalışır."

Ermənistan Xarici İşlər Nazirliyi xatırladıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrliyinin 1995-ci ildə Qarabağ münaqişəsinin hərtərəfli həllinə dəstək üçün aldığı beynəlxalq mandat mövcuddur. Azərbaycan rəhbərliyi mövcud formatlarda aparılan müzakirələri müharibə qızışdıran, ekspansionist ritorika ilə pozmamalıdır.

Teqlər