May 29, 2022 10:37 Asia/Baku
  • Volkov Qarabağda təhlükəsizlik məsələsini Ermənistanla müzakirə edir?

Rusiyalı sülhməramlı qüvvələrin kimandanı İrəvanda Ermənistanın müdafiə naziri ilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, general-mayor Andreev Volkov bu görüşdə Ermənistanın müdafiə naziri Suren Papikyanla Qarabağdakı son təhlükəsizlik vəziyyətini müzakirə edib. 

Görüşdə Rusiyanın Ermənistan Respublikasındakı səfirliyinin hərbi attaşesi, polkovnik İqor Şerbakov da iştirak edib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Volkov Papikyana Rusiya kontingentinin məsuliyyət zonasında mövcud vəziyyəti və prosesləri təqdim edib.

Həmsöhbətlər Rusiyanın regionda hərbi-siyasi vəziyyəti sabitləşdirmək səylərini, eləcə də Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının effektivliyini yüksək qiymətləndiriblər. Görüş zamanı regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan ictimaiyyəti rusiyalı sülhməramlıların separatçılara loyallıq göstərməsindən və bölgəni tərk etmək niyyətində olmamasından narahatdır. 

Teqlər