İyun 01, 2022 12:29 Asia/Baku
  • Bayden Azərbaycanı Rusiya ilə üz-üzə qoymağa cəhd göstərir

Son günlər Azərbaycan Respublikasının müstəqillik günü münasibəti ilə İlham Əliyevə göndərdiyi təlimat xarakterli uzun məktubla diqqət çəkən ABŞ prezidenti bu dəfə də İlham Əliyevə 27-ci Bakı Enerji Forumunun rəsmi açılışında səsləndirilən oxşar məktub göndərib.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycanın və Xəzərin enerji qaynaqlarına Amerikanın xüsusi diqqətini vurğulayan Bayden bu sahədə Amerikanı Azərbaycanın sadiq tərəfdaşı adlandırıb.

27-ci Bakı Enerji Forumunun rəsmi açılışında oxunan ABŞ prezidentinin məktubunda dolayısı ilə Ukrayna müharibəsi nəticəsində Avropada yaranmış enerji böhranı şərayitində Azərbaycan Respublikasının enerjisinə olan tamaha işarə olunur:“Biz dünyanın hər yerində enerji təhlükəsizliyimizi təmin etmək və bu sahəyə zəruri sərmayələr qoymaq və dəyişikliklər etmək şəraitindəyik. Enerji təhlükəsizliyi məqsədlərimizə nail olmaq üçün şaxələndirmə həmişəkindən daha vacibdir və Azərbaycan bu məqsədə nail olmaq üçün göstərilən regional səylərdə mühüm rol oynayıb.”

Bayden Avropanın ucuz enerji ilə təmin olunması üçün Azərbaycan Respublikasının vacib movqeyini də vurğulayıb: “Azərbaycan regionda və dünyada bazarların sabitləşdirilməsinə kömək etmək üçün Trans-Xəzər əməkdaşlığının böyük potensialının gerçəkləşdirilməsi baxımından önəmlidir. Azərbaycan Cənub Qaz Dəhlizi və Ukraynaya vacib yanacaq təchizatı da daxil olmaqla Avropa enerji təhlükəsizliyinin təmin olunmasında çox vacib rol oynayır”,- Co Baydenin məktubunda deyilir.

Teqlər