İyun 06, 2022 20:28 Asia/Baku
  • İran-Azərbaycan yaxınlaşmasının düşmənləri işə düşdülər

Azərbaycan Respublikasından İrana qarşı sərt ittihamlarla çıxış edənlər kimdən əmr alır, nəyə xidmət edirlər?

İran və Azərbaycan Respubliaksı arasındakı əlaqələrin son 30 illik keçmişini nəzərdən keçirərkən görünən budur ki, hər zaman iki  ölkə arasında əlaqələr güclənib, əməkdaşlıqlar genişlənib və münasibətlər möhkəmlənməkdə olub, dərhal məlum qüvvələr Bəni-İsrail bəhanələri ilə təxribatlara cəhd göstəriblər.

Bunun bir nümunəsi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, şair Sabir Rüstəmxanlının 2 may tarixli Feysbuk statusunda ramazan bayramı günlərinin fərqli olmasına görə İranı hədəfə alması və iki gündən sonra əvəlki yazısına qarşı reaksiyaları bəhanə edərək növbəti dəfə İrana ilişməsidir. Bu məlum cərəyanın bilərəkdən həyata keçən təxribatlar silsiləsindən bir nümunədir.   

Elə Məlum Elşad Mirinin “Press Klub Tv”-də Azərbaycan xalqının məzhəbinə qarşı mövqe tutması və vaxtı ilə şiə dünyasının mərkəzləri sırasında duran Bakı və Qarabağ insanlarını şiə olduqlarına görə İrandan təsir almaqda ittihamlandırması da məhz həmin cərəyanın fəaliyyət missiyasına daxildir.

Elşad Miri ilə söhbətin aparıcısı olan Kamran həsənli məlum cərəyanın ünvanını gizlədə bilmədi. O müsəlman fələstinlilərin torpaqlarının işğalı üzərində qurulmuş qəsbkar sionist rejimi “gözəl, demokratik və mütərəqqi” adlandırmaqla özünü və həmsöhbətini ifşa etmiş oldu.

Əlbəttə İran və Azərbaycan Respublikası arasında və ümumiyyətlə hərhansı iki müsəlman ölkə arasında mehriban münasibətdən narahat olan və hər nəyin bahasına olursa olsun onu əngəlləməyə cəhd göstərən sionist rejimin öz ünsürləri vasitəsi ilə bu kimi təxribatları təəccüb doğurmamalıdır. Təəccüb doöuran bu kimi ünsürlərin məqsədi, onların planlarının mahiyyətini hamıdan daha yaxşı və dəqiq bilən Azərbaycan Respublikasının müvafiq rəsmi qurumlarının İrana qarşı təxribatlara göz yummasıdır.

Teqlər