Aİ Ermənistanın tərəfini tutdu
Toyvo Klaar: “Qarabağ ermənilərinin fikrini nəzərə almadan sülh olmayacaq”
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bildirib ki, Qarabağ ermənilərinin rəyi nəzərə alınmadan nizamlanmaya nail olmaq mümkün deyil.
SəhərAzəri-nin məlumatına əsasən, Toyvo Klaar “Azatutyun”a müsahibəsində deyib: "Qarabağ erməniləri, təbii ki, nə baş verməsindən asılı olmayaraq, həllin bir parçası olmalı olan tərəfdir. Və olduca aydındır ki, Qarabağ xalqının hərtərəfli nizamlanmaya nail olmaqda əsaslı marağı var."
Diplomat qeyd edib ki, Nikol Paşinyanın İlham Əliyev ilə görüşündən sonra Şarl Mişel Qarabağdakı etnik ermənilərin hüquqlarından danışıb, onların gələcək statusu ilə bağlı heç nə qeyd etməməsi Ermənistan və Dağlıq Qarabağda narahatlıq yaradıb.
Onun fikrincə, hərtərəfli nizamlanma olmalıdır. və Avropa İttifaqı bu istiqamətdə işləyir.
Xatırladaq ki, Klaar İrəvanda baş nazir Nikol Paşinyanla, Xarici işlər naziri Ararat Mirzoyanla, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla və parlamentin sədr müavini Ruben Rubinyanla görüşüb. Yaxın vaxtlarda yüksək səviyyəli Avropa rəsmisinin Bakıya da səfəri planlaşdırılır.
Qarabağın qeyri-müəyyən statusu ilə bağlı Toyvo Klaar deyir ki, hazırda ən vacib məsələ prosesi irəli aparmağa çalışmaqdır.