Separatçı lider Rusiyanın səylərini yüksək qiymətləndirir
https://azeri.sahartv.ir/news/azərbaycan-i390108-separatçı_lider_rusiyanın_səylərini_yüksək_qiymətləndirir
Qondarma Dağlıq Qarabağ Respublikasının başçısı Rusiya Günü münasibətilə president Vladimir Putinə müraciət ünvanlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2022 06:13 Asia/Baku
  •  Separatçı lider Rusiyanın səylərini yüksək qiymətləndirir

Qondarma Dağlıq Qarabağ Respublikasının başçısı Rusiya Günü münasibətilə president Vladimir Putinə müraciət ünvanlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Arayik Arutyunyanın müraciətində deyilir: "Xalqlarımız arasında dostluq, səmimi və mehriban qonşuluq münasibətləri və möhkəm tarixi-mədəni bağlar çoxəsrlik tarixə malikdir. Bu gün Rusiya sülhməramlı kontingenti Artsaxdadır və onlar Müdafiə Ordusu ilə birlikdə əhalimizin təhlükəsizliyini və əmin-amanlığını təmin etmək kimi mühüm missiyanı yerinə yetirirlər.”

Qondarma rejimin başçısı Rusiya rəhbərliyinin “Azərbaycan-Qarabağ münaqişəsi”nin sülh yolu ilə həllinə, regionda sülhün və sabitliyin qorunmasına yönəlmiş səylərini yüksək qiymətləndirib.