İyun 17, 2022 11:50 Asia/Baku
  • Qazaxıstandan Azərbaycana taxıl tədarükü 6 dəfə artıb

Bu ilin yanvar-may aylarında Qazaxıstan və Azərbaycan arasında dəmir yolu daşımaları 1 milyon 388,1 min tona çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 88,8 min ton və ya 4,6 dəfə yəni 364 %  çoxdur.

Artım, əsasən taxıl daşınması hesabına formalaşıb. 

Azərbaycan Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, 2022-ci ilin yanvar-may aylarında Qazaxıstandan Azərbaycana 49,1 milyon ABŞ dolları dəyərində 146,9 min ton taxıl idxal edilib. Bununla da 2020-ci ilin eyni dövrü ilə müqayisədə idxalın həcmi 23,3 dəfə, dəyər baxımından isə təxminən 29 dəfə çoxdur.

Qazaxıstan taxılının Azərbaycanın idxalında payı isə 41,1 % təşkil edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının bölgələrində geniş ərazilərdə taxıl əkilsə də, illərdir əhalinin tam təminatı Rusiya, Qazaxıstan və Ukraynadan idxal edilən buğdanın hesabına baş verir. Rəsmi rəqəmlərə görə ölkənin ərzaq buğdası ilə özünü təmin etmə səviyyəsi orta hesabla 60% təşkil edir. Hər bir kəndliyə ayrılan torpaq payı olmağına baxmayaraq taxılçılıqda xaricdən asılılıq mövcuddur. 

Fermerlərin sözlərinə görə taxıl sahələrinin genişləndirilməsində maraqlı olsalar da qarşılarında müəyyən əngəllər var ki, bu onların istəklərini reallaşdırmağa mane olur. 

Görünən odur ki strateji əhəmiyyətli kənd təsərrüfatı sahələrindən biri olan taxılçılıqda xaricdən asılılığı azaltmaq üçün yerli istehsal artırılmalıdır. Bunun üçün ölkədə olduqca normal mühit və şərait var. Qalır ona mane olan əngəlləri aradan qaldırmaq.

Teqlər