İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Azərbaycana səfər edib +VİDEO
https://azeri.sahartv.ir/news/azərbaycan-i390572-İranın_mədəni_irs_turizm_və_əl_işləri_sənayesi_naziri_azərbaycana_səfər_edib_vİdeo
İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri İzzətullah Zərğami Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin 11-ci konfransında iştirak etmək üçün Azərbaycana gedib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyun 27, 2022 14:44 Asia/Baku
  • İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Azərbaycana səfər edib +VİDEO

İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri İzzətullah Zərğami Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin 11-ci konfransında iştirak etmək üçün Azərbaycana gedib.

SəhərAzəri-nin məlumatına əsasən, "Turizmin İnkişafında Yerli İcmaların Rolu" mövzusunda təşkil olunacaq üçgünlük tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə turizm sektorunun inkişafının yol xəritəsi, COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin beynəlxalq turizmin inkişafına təsiri məsələləri müzakirə olunacaq.

Zərğami İslam ölkələrinin yüksək turizm imkanlarına toxunaraq, deyib: "Dini və ziyarət turizmi bizim ölkəmizin müqayisəli üstünlüklərindən biri sayılır və məqsədimiz İslam ölkələri arasında turizm əlaqələrini gücləndirmək və asanlaşdırmaqdır".

O, əlavə edib: "Biz İslam ölkələri olmaqdan yararlanmalı və üzv ölkələr arasında turizm fəaliyyətini mümkün qədər artırmalıyıq".

Zərğaminin İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 11-ci konfransı çərçivəsində İƏT-in baş katibi və bu ölkələrin bəzi turizm nazirləri ilə görüşdən əlavə, Azərbaycan Respublikasında turizm sahəsində çalışan özəl sektor fəalları ilə işgüzar görüşü də planlaşdırılıb.