İyun 28, 2022 09:56 Asia/Baku
  • İranla Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi müzakirə olunub

İran İslam Respublikasının mədəni irs, əl işləri sənayesi və turizm naziri Azərbaycanda səfərdədir.

SəhərAzəri-nin məlumatına əsasən, İzzətulla Zərqami İslam Əməkdaşlığı Təşkilatının turizm nazirlərinin 11-ci Konfransına qatılmaq üçün Azərbaycanda gəlib.

İranlı nazir ötən gün Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşüb.

Bu görüşdə Azərbaycan və İran arasında turizm əlaqələrinin inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanları haqqında müzakirələr aparılıb.

Fuad Nağıyev iki qonşu ölkə arasında turizm sahəsi üzrə qarşılıqlı təcrübə mübadiləsi məsələsinin mühümlüyünü vurğulayaraq Azərbaycana səfər edən vətəndaşların sayına görə İranın ilk üçlükdə qərarlaşdığını diqqətə çatdırıb.

Seyid İzzətullah Zərqami öz növbəsində iki ölkə arasında dərin tarixi və mədəni əlaqələrin mövcudluğunun turizm əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib.

Görüşdə Azərbaycan və İran arasında turizm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair imzalanmış sənədin reallaşdırılmasının vacibliyi, viza və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, turizm sənayesi nümayəndələri arasında qarşılıqlı əməkdaşlığın təmin edilməsi üzrə aktiv işlərin aparılması və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

F.Nağıyev iranlı həmkarını Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya, Seyid İzzətullah Zərqami isə öz növbəsində Fuad Nağıyevi İrana səfərə dəvət edib.

Teqlər