İyun 30, 2022 12:31 Asia/Baku
  • Hökumət ölkədə yalnız 600 min yoxsul olduğunu iddia edir

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi (DSK) ötən ilin sonuna ölkədə yoxsulluq səviyyəsini açıqlayıb.

SəhərAzəri xəbər verir ki, rəsmi rəqəmlərə görə, indi ölkə əhalisinin 5.9 faizi yoxsuldur. Bu il yanvarın birinə ölkədə 10 milyon 156 min nəfər yaşadığı bildirilir. Bu o deməkdir ki, hökumətin hesablamalarına görə, Azərbaycanda 600 min yoxsul şəxs var. 2019-cu ildə ölkədə yoxsulluq göstəricisi 4.8 faiz olub. Lakin pandemiya məhdudiyyətlərinin yayıldığı 2020-ci ildə yoxsul sayı təxminən 30 faiz artaraq 6.2 faizə yüksəlib.

Hökumətin hesablamasına görə, 2000-ci illərin başından bəri ölkədə yoxsulluq göstəricisi kəskin azalıb. Ancaq müstəqil iqtisadçıların çoxu metodologiyanı yanıldıcı sayır.

Dünya Bankı da 2019-cu ildə yayımladığı hesabatda Azərbaycanda yoxsulluq göstəricisinin hökumətin açıqladığı rəqəmdən dəfələrlə çox - 24 faiz olduğunu açıqlamışdı. Həmin hesabatda Bakıda yoxsulluq göstəricisinin 16 faiz, digər bölgələrdə ortalama 20-30 faiz arasında olduğu qeyd edilirdi. Bankın yayımladığı digər bir hesabatda bildirilirdi ki, ölkədə yoxsul əhalinin 60 faizindən çoxu kəndlərdə yaşayır. Kənd yerlərində yaşayan toplam əhalinin isə 57 faizi yoxsulluq riski daşıyır.

Teqlər