Bu il Azərbaycanda taxıl qıtlığı olacaq
Əkilən sahələrdə məhsul yetişməyib
İyun 30, 2022 17:05 Asia/Baku
Azərbaycanın şimal-qərb bölgəsində fermerlər bütün aqrotexniki qaydalara riayət etsələr də, su çatışmazlğı səbəbindən taxıl sahələri məhv olub.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycanın bəzi bölgələrində buğdanın məhsuldarlığı xeyli aşağı düşüb. Qaxın Qaysarlı kəndindən olan fermerlər bildirirlər ki, bu il havaların təsərrüfat üçün əlverişsiz keçməsi məhsuldarlığı aşağı salıb. Kənd sakinlərinin sözlərinə görə minbir əziyyətlə becərdikləri taxıl sahəsində məhsul yetişməyib.
"1,3 hektar yerim var. Buğda əkmişəm. Kiloqramı 1 manat 5 qəpikdən toxum almışdım, bütün aqrotexniki qaydalara da riayət eləmişəm. Məhsuldarlıq isə yoxdur, qapqara torpaqdır", - deyə kənd sakinlərindən biri qeyd edib.