Zərdüşt Əlizadəyə görə:
“Ermənistan və Azərbaycana bu atışmalar lazım deyil”
Politoloq Zərdüşt Əlizadə son günlər Azərbaycan Respublikası ordusunun mövqelərinin Ermənistan hərbçiləri tərəfindən hədəfə alınmasının səbəblərini təhlil edib.
SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası Müdafiə Nazirliyi iyulun 4-ü və 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Kəlbəcər rayonunda yerləşən Azərbayan Respublikası ordusunun mövqelərini atəşə tutmasından xəbər verib. Politoloq Zərduşt Əlizadəyə görə bu Ermənistandakı siyasi gərginlik və Rusiyanın sülhə qarşı olması ilə bağlıdır.
“Cəbhədəki gərginlik adətən daxili siyasi cəbhədəki gərginliyin əlamətidir. Ermənistanda hakimiyyət naminə mübarizə davam edir, gərginlikdir. Eyni zamanda, Rusiya istəmir ki, bölgədə sülh yaransın”,- Zərdüşt Əlizadə Moderator.az-a açıqlamasında deyib.
Zərdüşt Əlizadə əlavə olaraq deyib: “Ona görə bu istəklər özünü cəbhənin müxtəlif sahələrində büruzə verir. Çünki əməli olaraq dərindən düşünəndə Ermənistana və Azərbaycana bu atışmalar lazım deyil.
Palitoloq belə qənaətdədir ki, Azərbaycanda siyasi sahədə müəyyən sabitlik var, amma Ermənistanda daxili siyasi vəziyyət gərgindir: “ Siyasi vəziyyətin gərginliyi də özünü cəbhədəki atışmalarda göstərir.”,- deyə o bildirib.
Zərdüşt Əlizadə növbəti amylin Rusiya olduğunu deyib:” Rusiyanın sülhü istəməməsi və sülhün yalnız onun şərtləri əsasında bağlanmasını istəməsi də bunun başqa səbəbidir. İndi danışıqlar gedir və dərindən düşünəndə sülh sazişi qaçılmazdır. Məsələ sazişin şərtlərində və tərəflərin onu qəbul etməsindədir. Ona görə əsasən gərginliyin səbəbləri budur”,- Politoloq fikrini belə yekunlaşdırıb.