İyul 07, 2022 12:05 Asia/Baku
  • Ceyhun Bayramov: “Böyük irəliləyişin olduğunu deməzdim”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Ermənistanla sülh danışıqlarının son vəziyyətini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ceyhun Bayramov  bildirib ki, Azərbaycanla Ermənistan 30 ilə yaxın müharibə şəraitində olub, növbəti mərhələ isə gələcəyə baxışdır: “Azərbaycan Prezidenti İlham Əliyev dağıntılara, törədilənlərə baxmayaraq, Azərbaycanın sülh prosesi üzərində işləməyə hazır olduğunu bəyan edib”,- deyə Ceyhun Bayramov bildirib.

XİN rəhbəri xatırladıb ki, Ermənistan tərəfindən Azərbaycanın təqdim etdiyi baza prinsiplərində onlar üçün qəbul olunmaz məqamların olmadığı ifadə olunub: “Böyük irəliləyişin olduğunu deməzdim, amma diskussiyalar ətrafında mesajlar, fikirlər var. Təbii ki, bu, birtərəfli deyil. Ermənistan tərəfində hələ də revanşist fikirlər səsləndirənlər var, ancaq fərqli fikirlər də mövcuddur. 

Ceyhun Bayramov Ermənistanın siyasi rəhbərliyinin reallıqları anlayacaqlarına ümid etdiyini bildirib.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, beynəlxalq hüququn prinsiplərinə riayət etmək vacibdir.

Teqlər