“Televiziyalarda ailəsi olmayan ailədən, tərbiyəsi olmayan tərbiyədən danışır.”
https://azeri.sahartv.ir/news/azərbaycan-i390917-televiziyalarda_ailəsi_olmayan_ailədən_tərbiyəsi_olmayan_tərbiyədən_danışır.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü keçmiş təhsil naziri Misir Mərdanov televiziyaları tənqid edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 08, 2022 12:36 Asia/Baku
  •  “Televiziyalarda ailəsi olmayan ailədən, tərbiyəsi olmayan tərbiyədən danışır.”

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü keçmiş təhsil naziri Misir Mərdanov televiziyaları tənqid edib.

SəhərAzəri-nin məlumatına əsasən, Mərdanov, ağsaqqallar və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunda çıxış edərkən Azərbaycan Respublikasında telekanalların durumunu kəskin qınayıb: “Televiziyalarda ailəsi olmayan ailədən, tərbiyəsi olmayan tərbiyədən danışır”,- deyə keçmiş nazir bildirib.

Misir Mərdanov telekanalların milli-mənəvi dəyərlərə diqqət yetirilməli olduqlarını vurğulayıb: "Bu hallara son qoyulmalıdır. Televiziyalara ağsaqqallar, ağbirçəklər dəvət olunmalıdır. Onlar milli-mənəvi dəyərlərimizi gənclərimizə aşılamalıdır. Bu məsələlər diqqətdə saxlanılmalıdır", - M.Mərdanov bildirib.