İlk dəfə olaraq Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək
İyul 15, 2022 19:21 Asia/Baku
“Sabah görüşəcəklər”. Bunu Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında sabah Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşəcəklərindən xəbər verib.
“Bu, nazirlər arasında ilk görüş olacaq və biz ümid edirik ki, görüşün nəticələri olacaq. Çünki mənim Ermənistanın baş naziri ilə bir neçə görüşüm olub, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub. Xarici işlər nazirləri arasında isə ikitərəfli görüş olmayıb, bu, birinci görüşdür. Ancaq artıq müzakirə olunan məsələlər masa üzərindədir. Mən hesab edirəm, bu görüşün yaxşı nəticəsi o ola bilər ki, Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırsın”, - İlham Əliyev deyib.