Avq 03, 2022 16:29 Asia/Baku
  • Azərbaycan ordusu öz torpaqlarından hədəfə alınıb və əks reaksiya verib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir bəyanat yayaraq bu ölkə ordusunun rəsmi Bakının nəzarətində olmayan ərazilərindən hədəfə alındığını bildirib

SəhərAzəri-nin məlumatına əsasən, bəyanatda deyilir: “Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.”

Müdafiə Nazirliyi Azərbaycan ordusunun öz torpaqlarından hədəfə alınması nəticəsində bir əsgərin şəhid olduğunu bildirib.
Müdafiə Nazirliyinin bəyanatında Azərbaycanlı əsgərin şəhid ediməsində Rusiya sülhməramlılarının məsuliyyəti barədə nəsə deyilmir.

APA isə Ermənistan KİV-nə istinadən məlumat verir ki, Azərbaycan ordusu Rusiya Sülhməramlılarının nəzarətində olan ərazilərdə fəaliyyət göstərən silahlı separatçı dəstələrə qarşı əməliyyat həyata keçirib. Həmin əməliyyat nəticəsində 3 separatçı öldürülüb, 8-i isə yaralanıb.

Rəsmi Bakı bu məlumatı təsdiqləməyib və həmçinin Azərbaycan Respublikası ordusunun separatçılara qarşı hərbi əməliyyatının Rusiya Sülhməramlıları ilə koordinasiya edilib-edilməməsi barədə məlumat yoxdur.

Teqlər