Separatçıların qəyyumu İlham Əliyevə zəng edib
Avqustun 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək Qarabağdakı qeyri-qanuni silahlı dəstələrə qarşı Azərbaycan Respublikası ordusunun əməliyyatından narahat olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən,Prezident İlham Əliyev Makronun separatçılara görə narahatlığına cavab olaraq qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ünsurlərinin çıxarılması təmin edilməlidir.
İlham Əliyev bu sahədə Ermənistan tərəfini 2020-ci il 10 noyabr bəyanatına əsasən öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edib.
Azərbaycan Respublikası prezidenti Rəsmi Bakını 2020-ci il 10 noyabr bəyanatına sadiq qalmağa çağıran Fransa prezidentini başa samağa çalışıb ki, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazisində Ermənistan tərəfindən törədilən təxribat nəticəsində Azərbaycan ordusunun bir hərbi qulluqçusu şəhid olub. İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatın qarşısını aldığını, lazımi cavab tədbirləri gördüyünü deyib və baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.