Separatizmdən əziyyət çəkən ölkədə separatizmin təbliği
Reaksiya TV Youtube kanalı kimə və hara bağlıdır?
Azərbaycan hakimiyyətinə yaxın "Reaksia TV" YouTube kanalına İrandakı separatizmi təbliğ etmək tapşırılıb.
SəhərAzəri-nin məlumatına əsasən, hakimiyyətin mövqeyini qeyri-rəsmi təbliğ edən Azərbaycan Respublikasının “Reaksia TV” YouTube kanalı təxribat xarakterli hərəkətlə “Güney Azərbaycanın səsi” adlı yeni verilişin yayımına başlayıb.
Bu kanalın aparıcısı Zaur Qəriboğlu sözü gedən verilişin həftədə bir dəfə Güney Azərbaycan adlanan məsələləri müzakirə etmək üçün yayımlanacağını açıqlayıb.
Məlumata əsasən, fərari separatçı ünsür Əjdər Tağızadə bu proqramı qurduğu üçün "Reaksiya TV"yə təşəkkür edib.
Azərbaycan hakimiyyəti ilə yaxın əlaqədə olan anti-İran separatçı ünsür söhbətləri sırasında rəsmi Tehrana Zəngəzur Dəhlizi məsələsinə qarışmamağı məsləhət görüb və İranın guya öz sərhədlərini qoruya bilmədiyini iddia edib.
Zaur Qəriboğlu isə bu proqramın Azərbaycan Respublikası Ümid Partiyasının başqanı İqbal Ağazadənin təklifi əsasında qurulduğunu bildirib və gələcəkdə separatçı ünsür Mahmudəli Çehreqani kimi anti-İran fəallarla canlı ünsiyyətdə olacağını açıqlayıb. O deyib ki, kanal “bütöv Azərbaycan”ın yaradılmasının təbliği istiqamətində fəaliyyət göstərəcək!