Sen 05, 2022 12:24 Asia/Baku

BMT ANAMA-ya 11 milyon avrodan çox dəstək göstərib. Müxtəlif ekspertlər cəlb olunub, texnikalarla bağlı köməklik olunub.

SəhərAzəri-nin verdiyi məlumata görə, bunu ANAMA-nın yeni loqosunun təqdimat mərasimində BMT-in Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva deyib.

O bildirib ki, 1991-ci ildən etibarən 3580 nəfər azərbaycanlı minalardan həlak olub və ya yaralanıb: "2000-ci ildən etibarən 200-dən çox şəxs ölüb, 40 nəfər yaralanıb. Azərbaycan mina təhlükəsinə məruz qalmış ən birinci ölkələrdən biridir. Ona görə də Azərbaycanın dəstəyə böyük ehtiyacı var".

Vlandanka Andreyeva vurğulayıb ki, minaların davamlı qalması daimi təhlükədir: "Minaların olması insanların öz evinə qayıtmasına imkan vermir",- deyə BMT rəsmidi bildirib.

Qeyri-qanuni işğal dövründə Azərbaycan ərazilərinin dünyanın ən əsas minalanmış sahələrinə çevrilməsinə rəğmən Avropa və Amerika bu barədə susur və sadəcə Qarabağın statusu, erməni əsirlərin azadlığa buraxılması mövzusunu tez tez gündəmə gətirir. Rəsmi Bakıdan da bu sahədə tələbkar mövqe müşahidə olunmur.

Teqlər