Sen 07, 2022 10:38 Asia/Baku
  • ABŞ Dövlət Departamenti: “Viza məsələləri ABŞ qanunlarına əsasən məxfidir”

ABŞ Dövlət Departamenti separatçı "Dağlıq Qarabağın xarici işlər naziri" David Babayanın Vaşinqtona səfərinə görə məsuliyyətdən boyun qaçırıb.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Dövlət Departamentinin sözçüsü APA-nın sorğusuna cavab olaraq deyib ki, Dövlət Departamentinin Babayanın səfəri ilə heç bir əlaqəsi yoxdur.

“Birləşmiş Ştatlar özünü elan etmiş Artsax respublikasını tanımır” deyən sözçü ABŞ-dan dövlətsiz bir ərazi təssəvürü yaradaraq tanınmayan bir qurumun vəzifəli adamının necə sərbəst şəkildə Amerikaya səfər edə və bu ölkə rəsmiləri ilə görüşə bilməsinə aydınlıq gətirməyib, “Dövlət Departamenti bu səfərin bir hissəsi deyil"- deyə məsuliyyətdən boyun qaçırıb.

Azərbaycan Respublikasında qurulmuş separatçı rejimin başçşılarının vaxtaşırı ABŞ-a səfərində Dövlət Departamenti məsuliyyət daşımırsa bəs kim və yaxud hansı orqan məsuliyyət daşıyır sualına isə amerikan rəsminin cavabı olduqca qaranlıq olub: “Viza məsələləri ABŞ qanunlarına əsasən məxfidir,ona görə də biz ayrı-ayrı hallara münasibət bildirə bilmərik.”

Çox asan bir sualı bu qədər buruşduran və qəlizləşdirən ABŞ Dövlət Departamentinin sözçüsü Birləşmiş Ştatlara səfər etmək üçün viza müraciətləri İmmiqrasiya və Vətəndaşlıq Aktı və müvafiq qaydalar daxil olmaqla, bütün qüvvədə olan qanunlara uyğun olaraq həll edilir", - deyə əsaslandırmasını bitirib.

Xatırladaq ki, ABŞ-dakı erməni diasporası David Babayanın sentyabrın 19-da Vaşiqtona səfər edəcəyini bildirib. Azərbaycan Respublikasının Qarabağ ərazisində fəaliyyət göstərən separatçı dəstənin qanunsuz vəzifəli adamları son 30 il ərzində vaxtaşırı olaraq ABŞ və Avropa ölkələrinə səfər edir və bu ölkələrin rəsmiləri ilə görüşülər keçirirlər. Həmin separatçı qurum ABŞ-dan maliyyə yardımları alır.

Teqlər