Sen 08, 2022 18:13 Asia/Baku
  • Erməni silahlı dəstələrin üzvləri azadlığa buraxılıblar

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazilərində keçirilmiş antiterror əməliyyatı nəticəsində saxlanılan Erməni silahlıları azadlığa buraxılıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Ali Məhkəməsi Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində olmuş 4 şəxsin barəsində olan kassasiya şikayəti üzrə məhkəmə prosesləri keçirilib.

Beləliklə də Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı məhkumlara aid hissədə dəyişdirilib.

Saxlanılan erməni silahlı dəstə üzvlərinin saxlanma müddətinin 1 il 8 ay 25 gün olduğunu nəzərə alaraq məhkəmə onlara qarşı 1 il 8 ay 25 gün azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Beləliklə, erməni silahlı dəstələrin üzvlərinin həbs cəzası bitmiş sayılıb. Onlar dərhal cəzaçəkmə müəssisəsindən azad edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar 6 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

Sosial şəbəkə istifadəçilərinə görə Azərbaycan ərazilərində terror əməliyyatı həyata keçirmək niyyətində olduqları bildirilərək saxlanılan erməni silahlı dəstə üzvlərinin hökmunun tələm-tələsik dəyişdirilməsi və dəqiq çəkdikləri cəza müddəti qədər onlara hökm verilməsi Avropa İttifaqının son təzyiqləri ilə əlaqədar olaraq yuxarıdan sifariş əsasında baş tutub.

Azadlığa buraxılan erməni silahlı dəstə üzvlərinin azadlığa buraxıldıqdan sonra hara getdikləri barədə məlumat yoxdur.

 

Teqlər