Sen 11, 2022 10:48 Asia/Baku
  • Əvəz Zeynallı və Elçin Sadıqov həbs edildi

Eynulla Fətullayev rəqiblərini sıradan çıxarır. Bakının Binəqədi Rayon Məhkəməsi Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən “Xural TV”nin baş redaktoru Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində həbs qətimkan tədbiri seçilib. 

SəhərAzəri-nin məlumatına əsasən, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə qəbul olunan qərara əsasən hər iki şəxs Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri bilinib.

Xatırladaq ki, Əvəz Zeynallı və vəkil E. Sadıqov "Baku Still Company"şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Cinayət Məcəlləsinin qeyd edilən maddəsində 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bundan öncə Əvəz Zeynallının vəkil Elçin Sadıqov vasitəsilə həbsdə olan iş adamı, "Baku Steel Company"nin sabiq rəhbəri Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət aldığı iddia edilmiş və səs yazısı yayılmışdı. Səs yazısını və iddianı tanınmış jurnalist Eynulla Fətullayev yaymışdı. E.Fətullayev daha sonra alınan vəsaitin geri qaytarıldığını da bildirmişdi.

Xatırladaq ki, Əvəz Zeynallı 2011-ci ildə də külli miqdarda rüşvət alma (311-ci maddə) ilə ittiham edilmiş və həbs olunmuşdu. Ona qarşı bu iddianı sabiq millət vəkili Gülər Əhmədova irəli sürmüşdü. Əvəz Zeynallı 3 il həbs yatandan sonra 2014-cü ildə əfv edilmişdi.

Teqlər