Sen 13, 2022 17:34 Asia/Baku
  • Eynulla Fətullayev həm də ABŞ-ın tapşırıqlarını yerinə yetirir

Azərbaycan Respublikasının məşhur jurnalisti etiraf edib ki, ABŞ Dövlət Departamenti onu Ukraynadakı müharibə cəbhələrindən reportaj hazırlamaq üçün bu ölkəyə göndəribmiş!

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycanda qalmaqallı reportajlar hazırlaması və hakimiyyəti dəstəkləməsi ilə tanınan “Haqqın.az” və “Virtual.az” saytlarının sahibi Eynulla Fətullayev “Osmanqızı” internet televiziyası ilə söhbət zamanı ABŞ Dövlət Departamentinin dəvəti, maliyyəsi və koordinasiyası ilə Ukraynanın döyüş cəbhələrinə göndərildiyini etiraf edib.

O deyib: “Məni Rusiyaya casusluqda ittiham etdikləri halda, bilməlisiniz ki, mən ABŞ Dövlət Departamentinin dəvəti ilə Ukraynaya getmişdim. Hətta məlum səbəblərə görə Amerika siyasətini tənqid edəndə belə, bu dövlətin Bakıdakı səfirliyinin diplomatları məni iki dəfə nahara dəvət etdilər.”

Qeyd edək ki, Eynulla Fətullayev Rusiyaya qarşı təbliğat mühiti yaratmaq üçün son zamanlar Ukraynanın döyüş bölgələrində olub və reportajları medianın mənbəyi kimi təqdim edilib.

Bu günlərdə isə tanınmış journalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqova qarşı rüşvət kampaniyasında fəal iştiral etdiyinə xatir həmkarları tərəfindən qınaq obyektinə çevrilib.

Teqlər