Sen 15, 2022 08:26 Asia/Baku

Qondarma rejimin başçısı Qarabağın Azərbaycana qaytarılmasının mümkün olmadığına dair sərsəm bəyanat verib.

SəhərAzəri-nin məlumatına əsasən, Arayik Harutyunyan deyib ki, heç bir hal onları Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnundan yayındıra bilməz və Qarabağın müstəqilliyi beynəlxalq səviyyədə tanınmalıdır.

O, öz açıqlamasında qeyd edib: “Artsax Azərbaycanın bir hissəsi ola bilməz və olmamalıdır, çünki birincisi, Artsax xalqı öz taleyini öz vətənində həll edir, ikincisi, bizim soyqırıma və vətəndən məhrum edilməyə məruz qalacaq xalqımız yoxdur. Biz dəfələrlə bəyan etmişik və indi də təkrar edirik ki, Artsaxı Azərbaycanın bir hissəsi kimi tanıya biləcək bütün sənədlər bizim üçün qəbuledilməzdir. Digər tərəfdən, biz hamımız başa düşməliyik ki, bu çətin vəziyyətdə bizim mübarizə yolumuz uzun və sınaqlarla doludur, lakin əminəm ki, biz milli səylərlə sonda hədəflərimizə çatacağıq”.

Qondarma rejim başçısının bu qan qaraldan açıqlaması və cəfəng fikirlər söyləməsi ABŞ da daxil olmaqla xaricdəki havadarlarının dəstəyi ilə eyni vaxta təsadüf edir. 

Teqlər