Sen 20, 2022 09:18 Asia/Baku

Qondarma “DQR”-nin başçısı Arayik Harutyunyan separatçılara müraciətində rəsmi İrəvanın onlara əminlik verdiyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Harutyunyan bildirib: “Ermənistan dəfələrlə Artsax hökumətini Artsaxla müzakirə etmədən və xalqın fikrini nəzərə almadan Artsaxla bağlı heç bir sənədi imzalamayacaqlarına əmin edib. Biz səbirli olmalı və qırmızı xətləri açıq şəkildə qoruyaraq strateji mübarizə ilə yolumuza davam etməliyik. Artsaxı Azərbaycanın bir hissəsi hesab edə biləcək hər hansı sənədin bizim üçün qəbuledilməz olması ilə bağlı bəyanatlarımız bu qırmızı xətlərin saxlanması kontekstindədir.”

Baş separatçı qeyd edib: “Biz Ermənistan hökuməti ilə müntəzəm siyasi məsləhətləşmələr aparırıq, bu məsləhətləşmələr zamanı biz Artsaxın gələcəyi, xüsusilə onun təhlükəsizliyi və statusu ilə bağlı öz mövqelərimizi təqdim edirik. Biz Artsax xalqının maraqlarına zidd olan heç bir sənədi qəbul etməyəcəyik”.

O bildirib ki, separatçılara öz müqəddəratını təyin etmək hüququ təkcə beynəlxalq hüquq sənədləri ilə deyil, həm də münaqişənin həlli üçün beynəlxalq mandata malik ATƏT sənədləri ilə verilib.

Teqlər