Okt 12, 2022 13:06 Asia/Baku
  • Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobili atəşə tutulub +VİDEO

Bu il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən KİV-ə verilən məlumatda bildirilib ki,baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəlik tərəfindən dərhal ABŞ-ın müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib.

XİN Mətbuat xidməti idarəsinin məlumatında bildirilir ki, məsələ ilə əlaqədar ABŞ-ın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb:

"Baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb”,- bəyanatda deyilir.

Azərbaycan Respublikası XİN eyni zamanda onu da xatırladıb ki, indiyədək bu ölkənin Vaşınqton, Paris, Beyrut və digər şəhərlərdə Diplomatik nümayəndəliklərinə hücumlara görə heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib:

Təəssüflə qeyd edirik ki, nə son günlərdə baş vermiş hücumlar, nə də hələ 2020-ci ildə Avropa paytaxtlarında, habelə Los-Anceles şəhərində Azərbaycan diplimatik nümayəndəliklərinə, həmçinin azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib. Məhz bu cəzasızlıq radikal erməni qruplarını yeni təxribatlara əl atmağa cəsarətləndirir.

AR XİN-i müvafiq ölkələrdə Azərbaycan diplomatik nümayəndəliklərinə, diplomatlara və onların mülklərinə qarşı yönələn və nifrətə əsaslanan cinayət əməllərinin qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını tələb edib.

 

Teqlər