Okt 14, 2022 11:28 Asia/Baku
  • Kəlbəcər istiqamətində ordunun mövqeləri atəşə tutulub

Azərbaycan Respublikası ordusunun mövqeləri Ermənistan hərbi birləşmələri tərəfindən atəşə tutulub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi özünü rəsmi internet saytında yaydığı məlumatda bildirir ki, oktyabrın 14-ü saat 00:40-dan saat 01:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonundan Azərbaycan Respublikasının Kəlbəcər rayonunda yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Müdafiə nazirliyi dünən də  saat 15:15-dən saat 15:50-dək Azərbaycan Respublikası ordusunun Kəlbəcərdə yerləşən bölmələrinin Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qaldığını bildirmişdi.

Teqlər